Dek 17, 2015 12:50 Asia/Baku
  • BMT baş katibi İsrailin irqçi olduğunu vurğuladı
    BMT baş katibi İsrailin irqçi olduğunu vurğuladı

Sionist rejimin irqçiliyə əsaslanan rəftarlarına görə beynəlxalq səviyyədə irqçiliyin simvollarından biri olaraq tanınması hətta BMT rəsmilərinin də etiraf etdiyi reallıqdır. Bu barədə BMT baş katibi deyib ki, İsrail işğal olunmuş Qüdsdə irqi təmizləmə siyasətini icra etməkdədir.

İnondeziyanın Cakarta şəhərində Beynəlxalq Qüds Konfransında nümayəndəsi tərəfindən oxunan müraciətdə Ban Ki Mun əlavə edib: İşğal olunmuş ərazilərdə fələstinlilərin qəzəbinin səbəbi yalnız İsarilin işğalçılığıdır.

Bu müraciətdə bildirilib: İsrail Beytül-Müqəddəsin şərq hissəsini 1967-ci ildə digər işğal olunmuş ərazilərə ilhaq edib və Beytül-Müqəddəsin daha çox hissəsini öz işğalında olan ərazilərə əlavə etmək siyasətini irəlilətmək və sakin fələstinlilərin sayını azaltmaq niyyətindədir.

BMT baş katibinin müraciətində həmçinin bildirilir: İsrail Beytül-Müqəddəsdə irqi təmizləmə siyasətini yürüdür və bu məntəqədə yaşayan fələstinliləri öz ev-eşiyindən çıxarıb.

BMT baş katibi bir daha vurğulayıb ki, BMT-nin qənaətincə, İsrailin qəsəbəsalma siyasəti qeyri-qanuni və beynəlxalq qanunlara ziddir.

Sionist rejimdə irqçiliyin yüksək səviyyədə olması artıq şübhə yeri qoymamışdır ki, beynəlxalq ictimaiyyət aparteid və faşizmdən daha pis rejimlə üzləşsin.

BMT baş katibinin sionist rejimin hərəkətlərinə reaksiyası elə bir haldadır ki, bu rejimin fələstinlilərə qarşı düşmənçi və irqçilik mövqeləri daha geniş miqyas almışdır və bu məsələ beynəlxalq ictimaiyyətin nigaranlığına səbəb olub. Fələstin vətəndaşlarının kütləvi qırğını və onlara qarşı cinayətlər, xüsusilə son həftələrdə 125 fələstinlinin şəhid olması ilə bağlı vəhşiliklər sionist rejimin irqçilik baxışlarında kökünün olduğunu əks etdirir.

Sionist rejimin irqçilik və etnik təmizləmə siyasəti Almaniyada nasistlər, İtaliyada faşistlər və Cənubi Afrikada aparteid rejiminin dövrünü xatırladır. Sionist rejimin qeyri-insani davranışları beynəlxalq nigaranlığa səbəb olmuş və buna görə də BMT Baş Assambleyası sionist rejimə qarşı beynəlxalq etirazlar fonunda 1975-ci ildə 3379 saylı qətnamə təsdiqləyərək sionizmi irqçiliyin sinonimi adlandırmışdır. Qeyd olunan qətnamənin qərb dövlətlərinin təzyiqi və sionist rejimin 1990-cı onilliyin ortalarında sülhsevərlik barəsindəki aldadıcı iddiaları nəticəsində ləğv edilmiş elan olunmasına baxmayaraq, sionist rejimin funksiyası göstərir ki, bu rejimin irqçilik siyasətləri zərrə qədər azalmayıb və bu reallığı BMT baş katibi də etiraf edib.

Halbuki BMT-nin İrqçiliklə Mübarizə Komitəsi son vaxlar İsrailin insan haqlarına hörmətlə yanaşmaq barədə beynəlxalq qanunlara etinasızlığından nigaranlıq edib və işğal olunmuş Fələstində fələstinlilərin acınacaqlı vəziyyəti barəsində xəbərdarlıq edərək bildirib ki, sionist rejimə qarşı beynəlxalq səviyyədə iş açılmalıdır.

Teqlər