Dek 17, 2015 17:25 Asia/Baku
  • Putinin Türkiyəyə xəbərdarlığı
    Putinin Türkiyəyə xəbərdarlığı

Rusiya prezidenti Türkiyənin düşmənçilik hərəkətləri barədə bu ölkənin hökumətinə xəbərdarlıq edib.

Əl-Məyadin telekanalının məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada illik mətbuat konfransında deyib: Türkiyənin Suriya torpağında Rusiyanın hərbi təyyarəsini vurmasını düşmənçilik hərəkəti bilirik.

Rusiya prezidenti həmçinin Suriyanın hava məkanını pozması haqda Türkiyəyə xəbərdarlıq edib.

Vladimir Putin Qərb ilə Türkiyəni neftə yiyələnmək üçün İraqda İŞİD terror qrupunu yaratmaqda ittiham edib və bildirib ki, Türkiyə rəsmiləri öz hədəflərinin heç birinə çatmayıb və vəziyyəti daha da ağırlaşdırıblar.

Teqlər