Rusiyadan ilk silah yükü İraqın Kürdüstan məntəqəsinə göndərildi
https://azeri.sahartv.ir/news/dünya-i200946-rusiyadan_ilk_silah_yükü_İraqın_kürdüstan_məntəqəsinə_göndərildi
İraqın Kürdüstanı üçün Rusiyadan ilk silah yükü göndərildi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2015 06:35 Asia/Baku
  • Rusiyadan ilk silah yükü İraqın Kürdüstan məntəqəsinə göndərildi
    Rusiyadan ilk silah yükü İraqın Kürdüstan məntəqəsinə göndərildi

İraqın Kürdüstanı üçün Rusiyadan ilk silah yükü göndərildi.

İRNA-nın məlumatına görə, İraq Kürdüstanı peşmərgə qüvvələrinin əməliyyat komandanı müavini Şeyx Kamal cümə axşamı deyib: Rusiyanın İraqa hərbi yardımları çərçivəsində bu ölkənin ilk silah yükü bu kürd peşmərgə qüvvələrinin ixtiyarına verilib və tezliklə peşmərgə qüvvələri arasında paylanacaq.

Şeyx Kamal həmçinin, ABŞ-ın silah və hərbi yardımları barədə deyib: Amerikalılar İraq Kürdüstanında təşkil edilən yeni qüvvələrin təchiz edilməsini, silahlandırılmasını öz üzərinə götürüb və proqrama əsasən silahlar gələn il İraq Kürdüstanına təhvil veriləcək.

Son zamanlar ABŞ Konqresinin xarici əlaqələr komitəsi bir qanun layihəsi qəbul edib. Bu qanun layihəsinə əsasən ABŞ İraq Kürdüstanına birbaşa olaraq silah göndərmək üçün rəsmi Bağdad ilə sadəcə məsləhətləşmə ilə kifayətlənə bilər.

ABŞ Konqresinin xarici əlaqələr komitəsinin bu qərarı Bağdadın nəzərində İraqın mülli hakimiyyətinə aşkar müdaxilə sayılır.

İraq dövləti bildirir ki, ABŞ-ın bu hərəkəti İraqda təfriqə xarakteri daşıyır.