Putin Suriyaya daha artıq hərbi qüvvənin göndəriləcəyindən xəbər verib
https://azeri.sahartv.ir/news/dünya-i201025-putin_suriyaya_daha_artıq_hərbi_qüvvənin_göndəriləcəyindən_xəbər_verib
Rusiya prezidenti Suriyaya daha artıq hərbi qüvvənin göndərilməsi ilə bağlı qərarını açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2015 06:26 Asia/Baku
  • Putin Suriyaya daha artıq hərbi qüvvənin göndəriləcəyindən xəbər verib
    Putin Suriyaya daha artıq hərbi qüvvənin göndəriləcəyindən xəbər verib

Rusiya prezidenti Suriyaya daha artıq hərbi qüvvənin göndərilməsi ilə bağlı qərarını açıqlayıb.

PressTV-nin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin şənbə günü bildirib ki, Rusiya ordusu Suriyada terrorçulara qarşı daha təsirli mübarizə üçün bu ölkəyə daha artıq hərbi kontingent göndərməyə hazırdır.

Putin Rusiya ordusunun hələ ki, Suriyada özünün bütün imkanlarından istifadə etmədiyini deyərək, lazım gələrsə Rusiya ordusunun ixtiyarında olan digər imkanlardan da istifadə edəcəyini bildirib.

Rusiya Dəməşqin rəsmi istəyi əsasında 30 sentyabrdan etibarən Suriyada "terrorçuların" mövqelərinə qarşı hava hücumlarına başlayıb. Bu müddət ərzində deyilənlərə görə terrorçulara ağır zərbələr vurmağı bacarıb.