Kiyev Rusiyanın Ukrayna ilə ticarət anlaşmasını dondurmasına reaksiya verib
https://azeri.sahartv.ir/news/dünya-i201064-kiyev_rusiyanın_ukrayna_ilə_ticarət_anlaşmasını_dondurmasına_reaksiya_verib
Ukrayna xarici işlər nazirinin müavini Rusiyanın bu ölkə ilə ticarət anlaşmasını dondurmasını yanlış addım adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2015 17:38 Asia/Baku
  • Kiyev Rusiyanın Ukrayna ilə ticarət anlaşmasını dondurmasına reaksiya verib
    Kiyev Rusiyanın Ukrayna ilə ticarət anlaşmasını dondurmasına reaksiya verib

Ukrayna xarici işlər nazirinin müavini Rusiyanın bu ölkə ilə ticarət anlaşmasını dondurmasını yanlış addım adlandırıb.

İnter Faks bildirir ki, Ukrayna xarici işlər nazirinin müavini Alyona Zerkal Kiyevdə mətbuat konfransında deyib: Rusiyanın Ukrayna ilə ticarət anlaşmasını dondurması bir daha sübut etdi ki, Moskva Kiyevin Avropa ilə ticarət əlaqəsinə siyasi nigaranlıqla yanaşır.

Alyona Zerkal həmçinin, Rusiyanın Ukrayna ilə ticarət anlaşmasını dondurmasını beynəlxalq anlaşmaların pozulması adlandırıb.

Kremlin sözçüsü Dmitri Peskov ötən həftə Kiyev və Moskva arasında icrası vacib olan heç bir anlaşmanın əldə edilmədiyini deyərək, Rusiya prezidenti Vladimir Putinin bu ölkənin Ukrayna ilə ticarət anlaşmasının icrasını dayandırdığını bildirmişdi.

Rusiya prezidenti ötən çərşənbə günü bir fərman imzalayaraq, Ukrayna ilə azad ticarət zonasının yaradılması üzrə əldə olunmuş anlaşmanın icrasını dondurub.

Ukrayna və Avropa Birliyi arasındakı ticarət anlaşması isə 1 yanvar 2016-cı il tarixindən qüvvəyə minəcək və tərəflər arasındakı ticarət mübadilələri 90%-ə qədər gömrük rüsumlarından azad ediləcək.