Moskva İslam Mərkəzinin açılışı oldu
https://azeri.sahartv.ir/news/dünya-i201381-moskva_İslam_mərkəzinin_açılışı_oldu
İslam Peyğəmbərinin(s.ə.s) səadətli miladı ilə bir vaxtda Moskva İslam Mərkəzinin açılışı olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 26, 2015 17:27 Asia/Baku
  • Moskva İslam Mərkəzinin açılışı oldu
    Moskva İslam Mərkəzinin açılışı oldu

İslam Peyğəmbərinin(s.ə.s) səadətli miladı ilə bir vaxtda Moskva İslam Mərkəzinin açılışı olub.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkəman İslam İnqilabının Böyük Rəhbərinin ofisinin beynəlxalq əlaqələr üzrə sədr müavini Möhsün Qumi ilə birlikdə İslam Peyğəmbərinin(s.ə.s) miladı ərəfəsində Moskvaya səfər edərək, bu mrəkəzin açılış mərasimində iştirak ediblər.

İslam İnqilabının Böyük Rəhbərinin ofisinin Rusiyadakı nümayəndəliyinin təşəbbüsü və İran səfirliyinin mədəniyyət mərkəzinin əməkdaşlığı ilə təşkil edilən bu mərasimdə İbrahimi Türkəman ifratçılıq və zorakılığın İslam dini ilə bağlı agahlığın olmamasından qaynaqlandığını bildirib.

O, daha sonra xalqların İslam dini ilə bağlı agahlıq əldə etmələrini zəruri məsələ adlandırıb və deyib: Moskva İslam Mərkəzinin təsis edilməsi bu istiqamətdə atılan mühüm addımdır.