Rusiya İŞİD-in "sarin" qazı əldə etməsi haqda təhqiqatın aparılmasını istəyib
Dek 27, 2015 14:38 Asia/Baku
-
Rusiya İŞİD-in "sarin" qazı əldə etməsi haqda təhqiqatın aparılmasını istəyib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü İŞİD-in "sarin" qazı əldə etməsində Türkiyənin rolunun ifşası barədə təhqiqatın aparılmasını istəyib.
Press TV-nin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova şənbə günü Türkiyə parlamentinin üzvlərindən birinin İŞİD-in bu ölkə vasitəsilə "sarin" qazı əldə etməsini ifşa etməsinə toxunaraq, deyib: BMT və Kimyəvi Silahlardan İstifadənin Qadağan Edilməsi Təşkilatının birgə təhqiqatında Türkiyə parlamentinin bu üzvünün sözləri görməməzliyə vurulmamalıdır.