Amerikada tufan nəticəsində ölənlərin sayı artıb
-
Amerikada tufan nəticəsində ölənlərin sayı artıb
ABŞ rəsmiləri İllinoyz Ştatında daha 5 nəfərin ölməsi ilə ölkənin cənubunda tufan və fırtına nəticəsində ölənlərin sayının 34 nəfərə çatdığını bildiriblər.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ rəsmiləri bildiriblər ki, ötən həftənin ortalarından bəri Amerikanın cənub ştatlarında baş verən tufan və fırtına nəticəsində 34 nəfərin öldüyündən xəbər veriblər.
ABŞ rəsmiləri həmçinin bildiriblər ki, qasırğa nəticəsində Missisipi, Tensi, Alabama və Arkanzas ştatlarında vəziyyət xeyli çətinləşib. Amerikada yeni ilə tətillərinin başlandığı bir zamanda güclü qasırğa və tufan nəticəsində bir neçə ştatda vəziyyət xeyli pisləşib. ABŞ-ın milli meterologiya mərkəzi də bu barədə bəyanat yayaraq, 10 ştatın sakinlərinə sel, tufan və güclü qasırğa barədə xəbərdarlıq edib.