Rusiya baş naziri Türkiyəyə qarşı yeni sanksiyalar siyahısını imzalayıb
-
Rusiya baş naziri Türkiyəyə qarşı yeni sanksiyalar siyahısını imzalayıb
Rusiya baş naziri bu ölkədə fəaliyyət göstərən türkiyəli şirkətlərə qarşı yeni sanksiyalar siyahısını imzalayıb.
IRIB-nin məlumatına görə, Dmitri Medvedyevin gösərişi ilə Rusiyada tikinti, turizm və otel sahələrində fəaliyyət göstərən türkiyəli şirkətlərin fəaliyyətləri qadağan edilib.
Rusiyadakı türkiyəli şirkətlərin fəaliyyətlərinin qadağan edilməsi həmçinin sahibləri türkiyəli iş adamları olan şirkətlərə də şamil olur.
Yeni sanksiyalar siyahısı turizm ofisləri, tikinti şirkətləri, abadlıq və podratçı şirkətlərə, eləcə də mühəndis-konstruktor və elmi-tədqiqat şirkətlərinə də şamil olur.
Rusiya dövlətinin yeni qərarı bu ölkənin prezidenti Vladimir Purtinin Türkiyənin noyabrın sonlarında bir rus bombardmançısını vurmasından sonrakı göstərişi əsasında çıxarılıb.
Kremlin göstərişi Türkiyədən qida maddələrinin idxalı, Rusiyada fəaliyyət göstərən türkiyəli şirkətlərin fəaliyyətlərinin qadağan edilməsi, eləcə də türkiyəli fəhlələrin rus şirkətlərində fəaliyyətinin qadağan edilməsinə şamil olur.
Ekspertlərin proqnozlarına əsasən, Türkiyənin Rusiyanın sanksiyalarından ildə çəkəcəyi zərər səkkiz milyard dollardan yuxarıdır və ola bilsin, on iki milyard dollaradək artmış olsun.