Rusiya Türkiyə ilə vizasız gediş-gəlişi dayandırdı
Yan 01, 2016 09:08 Asia/Baku
-
Rusiya Türkiyə ilə vizasız gediş-gəlişi dayandırdı
Rusiyada 2016-cı ilin yanvarın 1-dən Türkiyə ilə vizasız rejimin dayandırılmasına dair qərar qüvvəyə minir.
“Bu, birbaşa Rusiyanın, bizim vətəndaşların təhlükəsizliyi ilə əlaqədardır. Türkiyə ərazisindən müxtəlif istiqamətlərə döyüşçülərin gediş-gəlişi açıqdır”, - Rusiyanın xarici işlər naziri Serqey Lavrov belə deyib.
Xarici mediaların məlumatlarına görə, Türkiyə hökuməti isə ötən ilin dekabr ayında bəyan edib ki, ölkələr arasında münasibətlərin gərginləşməsinə baxmayaraq, Ankara Rusiya vətəndaşları üçün viza rejimini tətbiq etmək fikrində deyil.
Teqlər