Avropa 2016-cı ili terror həyəcanı ilə qarşıladı
Almaniyanın Münhen şəhərində polis hər an gözlənilən terror basqını hədəsinə görə, iki dəmir yolu stansiyasını evakuasiya edib.
Almaniyanın hakimiyyət orqanları İŞİD ilə bağlı intiharçıların Münhenin əsas vağzalına və ya Pasinq stansiyasına hücuma hazırlaşdıqları barədə mötəbər məlumatlar aldıqlarını bildiriblər.
Hazırda hər iki stansiyada qatarların hərəkəti bərpa olunub.
Bavariya polisində olan məlumata görə, basqında 5-7 arası terrorçu iştirak etməli imiş. Polis bildirib ki, bu barədə informasiyanı “dost kəşfiyyat orqanından” alıb. Yerli media “dost kəşfiyyatın” Fransa kəşfiyyatı ola biləcəyini yazır.
Qonşu Belçikada terror təhlükəsinə görə, yeni milad ili axşamı üçün planlaşdırılan rəsmi tədbirlər ləğv olunub.
London da daxil olmaqla Avropa paytaxtlarında bayram şənliklərinin miqyası məhdudlaşdırılıb. Londonda küçələrə 3 minlik polis qüvvəsi çıxarılıb.
Brüsseldə 3 terror şübhəlisinin saxlandığı xəbər verilib.
Moskvada yeni milad ili atəşfəşanlığı beş dəqiqə gecikdirlib və ənənəvi olaraq açıq olan Qırmızı meydan polis tərəfindən dövrələnib.