Tramp müsəlmanlardan üzr istəməlidir
-
Tramp müsəlmanlardan üzr istəməlidir
Amerikada insan haqlarını müdafiə edən bir təşkilat respublikaçıların prezident seçkilərindəki namizədi Donald Trampın müsəlmanlardan üzr istəməli olduğunu bildirib.
İRİB-nin məlumatına görə, Amerika-İslam Əlaqələr Şurasının icraçı direktoru Nihad Əvad Donald Trampın rəftarlarının islamofobiyanın genişlənməsinə səbəb olduğunu deyərək, əlavə edib: müsəlman bir qadına qarşı zorakılıq edilməsi və onun seçki təbliğat kampaniyasından çıxarılması Amerika müsəlmanları və Amerikada dini tolerantlılığa hörmətlə yanaşanlar üçün bir məyusedici müraciətə malikdir.
Donald Trampın bu hadisəyə görə həmin iclasdan kənarlaşdırılan müsəlman qadından üzr istəməli olduğunu deyən Əvad deyib: Tramp aşkar formada üzr istəməli və vətəndaşların ölkənin siyasi proseslərində azad şəkildə iştirak haqqına malik olduqlarını etiraf etməlidir.
Roz Həmid adlı müsəlman qadın cümə günü Donald Tramp-ın seçki təbliğat kampaniyası zamanı etdiyi çıxışı ərəfəsində Suriyadan qaçan mühacirlərin terrorçu və İŞİD-ə bağlı olduqlarını deyərkən, yerindən qalxaraq, Trampın sözlərinə öz etirazını bildirməyə çalışıb. Amma, Tramp polis qüvvələrindən müsəlman qadını iclasdan çıxartmalarını istəyib.