Yan 14, 2016 13:18 Asia/Baku
  • Cakartada terror
    Cakartada terror

İndoneziyanın paytaxtı Cakartada 6 partlayış nəticəsində indiyə qədər 7 nəfər həlak olub.

Səhər Beynəlxalq Televiziyasının İndoneziyanın rəsmi informasiya agentliyinə istinadla verdiyi məlumata görə, bomba partlayışı, terror aktı və polisin hücum edənlərə atəş açması nəticəsində indiyə qədər ən azı 7 nəfər həlak olub.

Bu məlumata görə, terror aktı baş verən yol və bölgə bağlanıb və partlayışın ətrafındakı binaların bir neçəsi boşaldılıb.

İndoneziyanın terrorizmlə mübarizə polisi iki həftə öncə yeni il başlanmazdan öncə terrorçuların həbsi üzrə əməliyyat keçirib və bir neçə terrorçu, o cümlədən bir neçə uyğuru həbs edib.

Teqlər