BMT baş katibi Suriya şəhərlərinin mühasirəsinə reaksiya verib
-
BMT baş katibi Suriya şəhərlərinin mühasirəsinə reaksiya verib
BMT-nin baş katibi Suriya şəhərlərinin terrorçular tərəfindən mühasirəsini hərbi cinayət adlandırıb.
Frans-Press-in məlumatına görə, BMT-nin baş katibi Ban Gi Mun Suriya şəhərlərinin terrorçular tərəfindən mühasirəsini hərbi cinayətə bir dəlil adlandıraraq, region ölkələrindən və Suriya böhranına son qoymaqda təsirli olan ölkələrdən humanitar yardımları əldə etməsi üçün bu ölkə xalqına kömək etmələrini istəyib.
Ban Gi Mun əlavə edib: Mühasirənin başa çatması və bütövlükdə dörd il yarım bundan əvvəldən müharibə ilə üzləşən bir ölkədə mülkilərin taleyinin yaxşılaşması suriyalı tərəflər arasında etimadın yaradılması istiqamətində mühüm bir üsuldur ki, qərar üzrə 2016-cı il yanvarın 25-də BMT qərargahında bu təşkilatın nəzarəti ilə sülh müzakirələri çərçivəsində bir araya gələcəklər.
BMT-nin baş katibi vurğulayıb ki, bu, Suriyanın yeni siyasi prosesinə etibar vermək üçün mühüm bir üsuldur ki, böyük qüdrətlər 2015-ci ilin oktyabr və noyabrında Vyanada Suriyada yol xəritəsinin hazırlanması ilə başlayıblar.