Ban Ki Mun nüvə anlaşmasını müsbət qarşıladı
-
Ban Ki Mun nüvə anlaşmasını müsbət qarşıladı
BMT baş katibi Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasını müsbət qarşılayaraq bildirib: Bu nailiyyət beynəlxalq nigaranlıqların səbirlilik və diplomatik yolla araşdırılmasının yaxşı hal olduğunu əks etdirdi.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amanonun İranın Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasına sadiq qalmasını təsdiq edən hesabatından bir neçə saat sonra BMT baş katibinin sözçüsü Ban Ki Munun bəyanatını yayımlayıb.
Ban Ki Mun öz bəyanatında İran və 5+1 qrupu arasında Əhatəli Müştərək Təşəbbüs Proqramı və onun icrasının əldə olunmasını müsbət qarşılayıb və bildirib: Bu addım barəsində anlaşma əldə olunan öhdəliklərin təkmilləşməsi üzrə bütün tərəflərin xoşməramlılıqları ilə yanaşı səyləri əks etdirən diqqətəlayiq addımdır.