Rusiya Ukraynanın Avropa Birliyinə inteqrasiyasına mane olur
-
Rusiya Ukraynanın Avropa Birliyinə inteqrasiyasına mane olur
Ukrayna xarici işlər naziri Rusiyanı Kiyevin Avropa Birliyiə inteqrasiyası yolunda əsas maneə adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Pavlo Klimkin Sputnik İnformasiya Agentliyinə verdiyi müsahibədə deyib: Rusiya aktiv şəkildə mövqelər sərgiləyərək, o cümlədən Ukrayna əleyhinə sanksiya tətbiq edərək bu ölkənin Avropa Birliyinə inteqrasiyası prosesinə mane olur.
Klimkin Avropa Birliyinə inqteqrasiya üçün ehtiyac duyulan qanunların icra prosesindəki problemləri Ukraynanın bu istiqamətdə qarşısında duran digər maneələr adlandırıb.
Ukrayna xarici işlər naziri eyni zamanda bildirib: Ukrayna qarşıdakı problemlərə baxmayaraq Avropa Birliyinə inteqrasiya prosesini davam etdirir.
Avropa Birliyinə yaxınlaşmaq üzrə Kiyevin səyi Rusiyanın qəzəbinə səbəb olub və Ukraynadakı böhranın əsas amillərindən biri olmuşdur.
Avropa Birliyinə inteqrasiya istiqamətində 2015-ci ildə iki tərəf arasında azad ticarət anlaşması imzalanıb.