Rusiya Türkiyənin hava sərhədlərini pozması ilə bağlı iddiaları rədd etdi
-
Rusiya Türkiyənin hava sərhədlərini pozması ilə bağlı iddiaları rədd etdi
Moskva rus qırıcı təyyarələr tərəfindən Türkiyənin hava sərhədlərinin pozulmasına dair bu ölkə tərəfindən yayılan xəbərləri rədd edib və onu əsassız təbliğat adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Rusiya Müdafiə Nazirliyi şənbə günü Ankaranın Türkiyənin hava zolağına təcavüz adlandırdığı məsələyə etirazından sonra bu iddianı rədd edib və bildirib ki, Rusiya təyyarələri heç bir vəchlə Türkiyənin hava zolağını pozmayıblar.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi şənbə günü bildirib ki, Ankaranın açıqlaması əsassız təbliğatdır.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bu ölkənin hərbi təyyarələrinin Suriya səmasında 2015-ci il sentyabr ayının sonlarından indiyə qədər iştirak etdiyinə toxunaraq bildirib: Suriya səmasında uçuşlar keçirən Rusiya təyyarələri heç bir vəchlə Türkiyənin hava zolağını pozmayıblar.
Rus rəsmisi əlavə edib: Rusiya ordusunun Su-34 təyyarəsinin Türkiyənin hava zolağına təcavüz etməsinə dair Ankaranın açıqlaması əsassız təbliğatdır.
Rusiya Müdafiə Nazirliyi sözçüsünün sözlərinə görə, Rusiyanı belə addımlarda suçlayanlar Hollivudun macəra janırlı firlmlərinə çox baxırlar.
Türkiyə Xarici İşlər Nazirliyi isə bildirib: Türkiyə ordusu cümə günü Rusiya qırıcı təyyarəsinin Türkiyənin hava zolağına daxil olmasından öncə bir neçə dəfə rus pilota xəbərdarlıq edib.
Ötən il 24 noyabrda da Türkiyə qırıcı təyyarələri Rusiyanın bir ədəd Su-24 qırıcı təyyarəsini vurdular. Ankaranın dediyinə görə, Rusiya qrııcı təyyarəsi Türkyiənin hava zolağını pozmuşdu.
Moskva bunu rədd edərək bildirir ki, bu qırıcı təyyarə Türkiyə üçün hüç bir təhdid olmayıb.
Rusiya qırıcı təyyarəsinin vurulması Moskva və Ankara arasında böyük gərginliyin yaranması ilə nəticələnib.