Türkiyə Rusiyanı ittiham etdi
https://azeri.sahartv.ir/news/dünya-i206956-türkiyə_rusiyanı_ittiham_etdi
Türkiyə prezidentinin sözçüsü Rusiyanı Ankaranın gərginliyin azaldılması üzrə səylərinə laqeyd yanaşmaqda ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 07, 2016 07:31 Asia/Baku
  • Türkiyə Rusiyanı ittiham etdi
    Türkiyə Rusiyanı ittiham etdi

Türkiyə prezidentinin sözçüsü Rusiyanı Ankaranın gərginliyin azaldılması üzrə səylərinə laqeyd yanaşmaqda ittiham edib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, İbrahim Kalın bildirib ki, Rusiya hökuməti Ankaranın iki ölkə arasında yaranmış gərginliyin azaldılması üzrə səylərinə etinasız yanaşır.

Türkiyə prezidentinin sözçüsü həmçinin deyib: Rusiyanın Ankaranın xoşməramlılığına laqeyd yanaşmasına baxmayaraq, Türkiyə Moskva ilə konstruktiv əməkdaşlıqları davam etdirəcək.

İbrahim Kalın əlavə edib: Moskvanın Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığının baş tutması ilə bağlı istəyinə mənfi cavab verməsi, bu ölkənin mövqeyinə aydınlıq gətirmiş olub.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan şənbə günü bu ölkənin hava sərhədlərinin Rusiya qırıcıları tərəfindən pozulmasına etiraz olaraq deyib: Bu hadisənin ardınca Vladimir Putin ilə telefon əlaqəsinin saxlanılmasını istəyib. Amma, Moskva bununla razılaşmayıb.

Türkiyə Xarici İşlər Nazirliyi şənbə günü bu ölkənin hava sərhədlərinin Rusiya qırıcıları tərəfindən pozulmasına etiraz olaraq, Rusiyanın Ankaradakı səfirliyini çağırtdırıb.

Bu addımın ardınca Ərdoğan Rusiyaya bu kimi təhrikedici addımların mənfi nəticələri barədə xəbərdarlıq edib.