Moskva ABŞ-ın hərbi layihələrinin genişlənməsi barədə xəbərdarlıq edib
-
Moskva ABŞ-ın hərbi layihələrinin genişlənməsi barədə xəbərdarlıq edib
Rusiya xarici işlər nazirinin müavini ABŞ-ın hərbi proqramlarının genişlənməsi barədə xəbərdarlıq edib.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Sergey Ryabkov ABŞ-ın "Sürətli Qlobal Hücum"(PCS) adlı hərbi proqramının genişlənməsi barədə xəbərdarlıq edərək, bu ölkə tərəfindən yeni raket sistemlərinin quraşdırılmasından nigaranlıq edib.
Ryabkov əlavə edib: ABŞ-ın təhrikedici xarakter daşıyan hərbi proqramları iki ölkə arasında baş tutması ehtimal olunan "nüvə silahlarının azaldılması" danışıqlarına dağıdıcı təsir buaracaq.
Sergey Ryabkov həmçinin deyib: Belə bir şəraitdə ABŞ ilə nüvə silahlarının azaldılması barədə danışıqların davam etdirilməsi mənasızdır.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Suzan Rays cümə günü "Start 2" adlı yeni "Strateji Silahların Azaldılması Müqaviləsi"nin icraya qoyulmasının 5-ci ildönümü mərasimində Rusiya ilə yeni nüvə müzakirələrinin başlanmasından xəbər verib.