Butros Qali vəfat edib
-
Butros Qali vəfat edib
1992-1996-cı illər arasında BMT-nin baş katibi olmuş misirli siyasətçi Butros Qali çərşənbə axşamı günü vəfat edib.
Mehr xəbər agentiliyinin Əlyəum Əlsabə-yə istinadlı məlumatına görə, BMT-nin keçmiş baş katibi Butros Qali çərşənbə axşamı günü 94 yaşında vəfat edib.
BMT Təhlükəsizlik Şurasının hazırkı dövrünün sədri, venesuelalı diplomat Rafael Ramires bu şuranın Yəmən məsələsinə həsr olunmuş çərşənbə axşamıgünkü iclasında bu qədim misirli siyasətçinin ölümü münasibətilə bir dəqiqəlik sükut elan edib.
Butros Qali BMT-nin baş katibi olduğu dövrdə bu təşkilatın katibliyinin mexanizminin islahı və dünyada sülhü himayə üçün proflaktik tədbirlər anlamının genişlənməsi istiqamətində addımlar atdı.
Qali 1922-ci ildə Qahirədə anadan olub; o, BMT-nin altıncı baş katibi idi.
Yaxın Şərq regionunda ilk BMT baş katibi olan Qali 1977-ci ilin oktyabrından 1991-ci ilədək də Misirin xarici işlər naziri olubdur.