Moqerini Rusiya və Türkiyə arasında müharibə təhlükəsi barəsində xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/dünya-i208927-moqerini_rusiya_və_türkiyə_arasında_müharibə_təhlükəsi_barəsində_xəbərdarlıq_etdi
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Rusiya və Türkiyə arasında müharibə təhlükəsi barəsində xəbərdarlıq etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2016 07:07 Asia/Baku
  • Moqerini Rusiya və Türkiyə arasında müharibə təhlükəsi barəsində xəbərdarlıq etdi
    Moqerini Rusiya və Türkiyə arasında müharibə təhlükəsi barəsində xəbərdarlıq etdi

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Rusiya və Türkiyə arasında müharibə təhlükəsi barəsində xəbərdarlıq etdi.

İRNA-nın məlumatına görə, "Yerusəlim Post" qəzeti yazır: AB-nin xarici siyasət üzrə məsul şəxsi xanım Federika Moqerini çərşənbə axşamı Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində deyib: Avropa davamlı olaraq Suriya böhranına regionda rola malik olmaq istəyən qüdrətlər arasındakı vasitəçi müharibə meydanı kimi baxıb. Amma, hazırda bu müharibənin daha böyük bir məsələyə çevrilməsi ehtimalı var.

Moqerini əlavə edib: Biz hazırda regionda rola malik olan müxtəlif qüdrətlər arasında müharibənin baş verməsi astanasındayıq. Bu müharibənin Rusiya və Amerika arasında baş verməsi zəruri deyil. Bu müharibə Rusiya və Türkiyə arasında ola bilər.

AB-nin xarici siyasət üzrə məsul şəxsi əlavə edib: Avropa Yaxın Şərq məntəqəsində gərginlik və böhranı cilovlamaq niyyətindədir.