Larvov Türkiyədən Suriyaya silah qaçaq edilməsinin qarşısının alınmasını istədi
https://azeri.sahartv.ir/news/dünya-i209719-larvov_türkiyədən_suriyaya_silah_qaçaq_edilməsinin_qarşısının_alınmasını_istədi
Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyədən Suriyaya terror qruplaşmalarının istifadəsi üçün silah qaçaq edilməsinin qarşısının alınmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2016 07:21 Asia/Baku
  • Larvov Türkiyədən Suriyaya silah qaçaq edilməsinin qarşısının alınmasını istədi
    Larvov Türkiyədən Suriyaya silah qaçaq edilməsinin qarşısının alınmasını istədi

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyədən Suriyaya terror qruplaşmalarının istifadəsi üçün silah qaçaq edilməsinin qarşısının alınmasını istəyib.

Ren TV telekanalının məlumatına görə, Lavrov çərşənbə axşamı günü BMT İnsan Haqları Şurasının Cenevrə iclasında deyib: Türkiyə birbaşa olaraq Suriyada terror qruplaşmalarını dəstəkləyir və bu ölkənin hərəkətləri bir neçə gün öncədən icraya qoyulan Suriya sülh layihəsini təhlükəyə atıb.

Rusiya xarici işlər naziri xatırladıb: Hazırkı şəraitdə əsas məqsəd Suriyada terror qruplaşmalarının xaricdən silahla təmin edilməsinin qarşısını almaqdır. Bu məqsədlə terrorçulara qaçaq yolla silahlar göndərilən Suriya-Türkiyə sərhədlərini bağlamaq lazımdır.

O deyib: Türkiyə bu silahların bir hissəsini humanitar yardım karvanları adı altında Suriyaya göndərir.

Lavrov bildirib: Türkiyə bu ölkədən Suriyaya silah göndərilməsinə dair ifşaçılıq edən jurnalistlər barəsində cinayət işi açır və həbs edir. Bu Türkiyədə ifadə azadlığının vəziyyətidir ki, jurnalistlər və media mənsubları ilə belə rəftar olunur.