Qaradərili bir qadın Trampın çıxış etdiyi mərasimdən çıxarılıb
-
Qaradərili bir qadın Trampın çıxış etdiyi mərasimdən çıxarılıb
Amerika prezident seçkilərinə respublikaçılar partiyasından namizəd qaradərili bir qadını öz təbliğat mərasimindən çıxarıb.
IRIB-nin məlumatına görə, Amerika prezident seçkilərinə respublikaçılar partiyasından öncül namizəd olan Donald Tramp çərşənbə günü bu ölkənin Kentaki ştatının Luisvil şəhərindəki təbliğat mərasimində onun çıxışına etiraz edən qaradərili bir qadını mərasimdən çıxarıb.
Tramp tərəfdarlarına qışqıraraq, deyib ki, bu qaradərili qadını çölə atın! Trampın tərəfdarları da bu qaradərili qadını güc hesabına və itələyərək, çıxış məkanından çıxarıblar.
Donald Trampın bazar ertəsi günü Amerikanın Virciniya ştatının Radford universitetindəki təbliğat çıxışı da rəngli dərililərin etirazları ilə üzləşmişdi.
Trampın rasistcəsinə sözləri Amerika rəngli dərililərinin hiddətini doğurubdur.