ABŞ və "böyük çərşənbə axşamı" kabusu
-
ABŞ və "böyük çərşənbə axşamı" kabusu
2016-cı mart ayının ilk çərşənbə axşamı günündə Amerikanın partiyadaxili seçkilərinin nəticəsi bu ölkənin prezident seçkilərinə daxil olmaq üçün Demokratlar və Respublikaçılar partiyalarının 2 yekun qalib simasını demək olar ki, müəyyən qədər müəyyənləşdirdi. Respublikaçılar düşərgəsində əldə olunan nəticə, bəzilərini qorxu və təşvişə salıb.
Partiyadaxili seçki rəqabətlərindən bir ay sonra nəhayət 2016-cı il mart ayının ilk böyük çərşənbə axşamı günü yetişdi. Bu gün Demokartlar və Respublikaçıların partiyadaxili seçkilərində təyinedici gün idi. Bu gündə Amerikanın 11 ştatının əhalisi eyni zamanda 8 noyabr prezident seçkilərində əsas namizədi seçmək məqsədilə nəzərdə tutduqları namizədi təyin etdi.
Gözlənildiyi kimi, Demokratlar partiyasından ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton bu seçkilərin qalibi oldu. Qarşısında Respublikaçılar partiyasından amerikalı böyük sərmayəçi Donald Trump bir çox ştatda öz rəqiblərini arxada qoydu.
Böyük çərşənbə axşamı gününün keçməsi və seçkilərin nəticələrinin müəyyənləşməsi ilə, Trumpın müxalif və tənqidçilərinin nigaranlığı artdı. Bundan öncəyə qədər Trumpın namizədliyini ciddiyə almayanlar hazırda Trumpın üstünlük kabusunun reallığa çevrilməkdə olduğunu görürlər.
Ağ Evə getdiyi halda ABŞ və Meksika sərhədlərində miqrantların yolu qarşısında divar çəkəcəyini və onun xərcini də Meksikadan alacağını bildirən Trump özünə qarşı müxalifətin ilk dalğasının şahidi oldu. Bununla əlaqədar Dünya Katoliklərinin Rəhbəri I Papa Fransisk tənqid xarakterli bəyanatda bildirdi ki, körpü tikmək yerinə hər yerdə divar çəkmək ardınca olan şəxs xristian deyildir.
Trump həmçinin vəd verdi ki, Ağ Evə daxil olan kimi Amerikada olan 11 milyon qeyri-qanuni miqrantı bu ölkədən çıxaracaq. O həmçinin müsəlman əhali ilə əlaqədar bildirdi ki, Amerika torpağına daxil olan müsəlmanların məlumatlarının qeydə alınmasından əlavə, bu ölkə məscidləri də nəzarətə götürüləcək və onların bəzisinin fəaliyyəti dayandırılacaq.
Hazırda Respublikaçılar düşərgəsində Trumpın yekun qələbə ehtimalı daha da ciddiləşdiyinə görə, Amerikanın xarici siyasətində sabiq rəsmilər və köhnə siyasətçilərdən 60 nəfər Trumpa xitabən bir məktub yazıb və bildiriblər ki, onun metodu Amerikanın təhlükəsizliyi və beynəlxalq səhnədəki iştirakının azalmasına səbəb olacaq.
Amerikalı tanınmış simalar və incəsənət xadimləri arasında "Nifrəti dayandırın!" kampaniyasının formalaşması Trumpın siyasətlərinə reaksiyadır. Bu reaksiyalar o qədər genişlənib ki, hazırda bəziləri onu II Dünya Müharibəsində Almaniyanın nasist rəhbəri Adolf Hitlərə bənzədirlər.