Klinton və Trump ABŞ prezident seçkilərinin hazırlıq mərhələsində öncüldürlər
-
Klinton və Trump ABŞ prezident seçkilərinin hazırlıq mərhələsində öncüldürlər
Hillari Klinton və Donald Trump partiya daxili seçki rəqabətlərində demokratlar və respublikaçıların favoriti olaraq qalmaqdadırlar.
Fransa xəbər agentliyinin bu günə olan məlumatına görə, Donald Trump Respublikaçılar Partiyasının Luiziana və Kentakki ştatlarında təşkil etdiyi partiyadaxili seçki rəqabətlərində qələbə çalıb.
Demokratlar Partiyasının namizədi olan Hillari Klinton da Luiziyana Ştatında seçki rəqabətinin qalibi olub.
Hillari Klinton Ditroid və Miçiqanda olduğu zaman işçi ailələri üçün məhdudiyyətlərin aradan qaldırılmalı, pak enerjidən istifadənin genişləndirilməli və kiçik biznesin inkişaf etdirilməli olduğuna inandığını bildirib.
Klinton həmçinin, iqtisadi proqrama malik olan yeganə namizəd olduğunu və şəxsi mənafeyini Amerikanın ümumi mənafeyindən üstün tutmadığını bildirib.
Bu arada qarşıdan gələn şənbə günü Demokratlar Partiyasının digər namizədi olan Berni Senderz üçün həlledici gün olacaq. O, prezident seçkiləri üzrə partiyadaxili rəqabətlərdə Hillari Klintonun yeganə güclü rəqibidir. Senderz Nebraska və Kanzas ştatlarında seçki rəqabətini öz xeyrinə dəyişə bilib.
Respublikaçıların digər namizədi olan Tedd Kruz da Kanzas və Min ştatlarında rəqibini geridə buraxıb.