Əsəd və Putin Rusiyanın Suriyadakı hava bazalarının azaldılması haqda razılığa gəliblər
-
Əsəd və Putin Rusiyanın Suriyadakı hava bazalarının azaldılması haqda razılığa gəliblər
Suriya prezident aparatı bildirib ki, Rusiya və Suriya prezidentləri Rusiyanın bu ölkədəki hava bazalarının azaldılması haqda razılığa gəliblər.
Təsnim xəbər agentliyinin məlumatına görə, Suriya prezident aparatı bazar ertəsi günü bildirib ki, Rusiya prezidenti Vladimir Putin öz suriyalı həmkarı Bəşşar Əsədlə telefon danışığında Rusiyanın bu ölkədəki hava bazalarının azaldılması haqda razılığa gəliblər.
Rusiya prezidenti Vladimir Putin bu ölkənin müdafiə naziri ilə görüşdən sonra bildirib ki, çərşənbə axşamı günü bu ölkə qüvvələrinin əsas hissəsinin Suriyadan geri çəkilməsi barədə göstəriş verəcək.
Putin vurğulayıb ki, Rusiyanın hərbi qüvvələrinin geri çəkilmələri Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının başa çatması demək deyildir və Rusiyanın hava və dəniz bazaları bu ölkədəki tapşırıqlarını yerinə yetirməkdə davam edəcəklər.
Rusiya prezidenti bununla bağlı deyib ki, Rusiyanın Suriyadakı qüvvələri sülh prosesi üçün münasib şərait yaradıblar.
Rusiya Suriya dövlətinin rəsmi xahişindən və parlament icazəsi aldıqdan sonra 2015-ci ilin 30 sentyabrından ABŞ daxil olmaqla bir neçə qərbli və ərəb ölkəsinin dəstəklədiyi terrorçuların mövqelərini hədəfə alıbdır.