Dağıstanda İŞİD-in 3 üzvü həbs edilib
https://azeri.sahartv.ir/news/dünya-i211459-dağıstanda_İŞİd_in_3_üzvü_həbs_edilib
Rusiya təhlükəsizlik qüvvələri Dağıstanda həyata keçirdikləri əməliyyat zamanı 3 İŞİD terrorçusunu həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 17, 2016 15:08 Asia/Baku
  • Dağıstanda İŞİD-in 3 üzvü həbs edilib
    Dağıstanda İŞİD-in 3 üzvü həbs edilib

Rusiya təhlükəsizlik qüvvələri Dağıstanda həyata keçirdikləri əməliyyat zamanı 3 İŞİD terrorçusunu həbs ediblər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın təhlükəsizlik qüvvələri cümə axşamı bildirib ki, bu şəxslər Dağıstanda terror aktı törətməyi planlaşdırıbmışlar.

Bu əməliyyat zamanı Rusiya təhlükəsizlik qüvvələri həmçinin, 1 ton partlayıcı maddə və 4 ədəd bomba əşkar və zəbt ediblər.

Rusiya Federasiyasının Qafqaz respublikaları terrorçuların əsas hədəf məntəqələrindən sayılır.

2000-dən çox rusiyalı o cümlədən çeçen İraq və Suriyada İŞİD sıralarında savaşır.