Rusiyanın cənubunda sərnişin təyyarəsinin süqut etməsi nəticəsində 61 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i211711-rusiyanın_cənubunda_sərnişin_təyyarəsinin_süqut_etməsi_nəticəsində_61_nəfər_həlak_olub
Dubaydan Rusiyaya uçan bir sərnişin təyyarəsi bu ölkənin cənubunda süqut edib və onun bütün 61 sərnişini həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 19, 2016 06:23 Asia/Baku
  • Rusiyanın cənubunda sərnişin təyyarəsinin süqut etməsi nəticəsində 61 nəfər həlak olub
    Rusiyanın cənubunda sərnişin təyyarəsinin süqut etməsi nəticəsində 61 nəfər həlak olub

Dubaydan Rusiyaya uçan bir sərnişin təyyarəsi bu ölkənin cənubunda süqut edib və onun bütün 61 sərnişini həlak olub.

Press TV-nin məlumatına görə, Rusiyanın Fövqəladə Hallar Nazirliyi bildirib ki, Boeing tipindən olan bu sərnişin təyyarəsi yerli vaxtla şənbə günü səhər tezdən Rusiyanın cənubundakı Rostov-na-Donu hava limanında süqut edib.

Rusiya rəsmilərinin sözlərinə görə, bu təyyarə 55 sərnişin və altı ekipaj üzvünə malik imiş ki, onların hamısı bu hadisədə həyatını itirib.

Məlumata görə, ilk səydə yerə enə bilməyən həmin təyyarə ikinci eniş cəhdində qəzaya uğrayıb.

Yerli rəsmilərdən birinin sözlərinə görə, bu uçuşun əksər sərnişini rus olubdur.