Davudoğlu: Türkiyənin didiərginlər üçün məhbəsə çevrilməsini qəbul etməyəcəyik
Türkiyənin baş naziri vurğulayıb ki, bu ölkə didiərginlər üçün məhbəsə çevrilməyəcək.
IRIB-nin məlumatına görə, Əhməd Davudoğlu deyib ki, Ankara və Avropa Birliyi suriyalı didərginlərə yardım hədəfi haqda razılığa gəliblər.
Davudoğlu əlavə edib: Ankara ilə Avropa Birliyi arasında "didərginlər barəsində sövdələşmə" adı ilə bir mövzu mövcud deyil. Biz əsla didərginlər böhranından istifadə ilə bir şeyə nail olmağa çalışmayacağıq.
O, belə qeyd edib: Bizim didərginlərlə anlaşmamız aydındır və dünya xalqları şahiddirlər ki, biz onlarla necə humanitar anlaşmaya malikik. Əvəzində, heç kəs təsəvvür etməsin ki, biz hər cür təkliflə razılaşacağıq və onun əsasında Türkiyə didərginlər üçün azad havada bir zindana çevriləcəkdir.
Avropa Birliyinin başlıca olaraq, suriyalı mühacirlərin daxil olmalarının qarşısının alınması üçün NATO-nun hərbi gəmilərinin Aralıq dənizi sularında yerləşdirilməsi üzrə səyindən sonra indi bu birlik mühacirləri geri qaytarmaq üçün yeni bir üsul tapıbdır.
"Dayli Sabah"ın məlumatına görə, Finlandiya və Çexiyanın baş nazirləri birgə surətdə bildiriblər ki, martın 20-dən mühacirləri Türkiyəyə geri qaytarmaq barədə müzakirələr nəticəyə çatıbdır.
Bu iki avropalı rəsmi bildiribdir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu nəhayət Avropa Birliyinin şərtlərini qəbul edib və martın 20-dən Aralıq dənizi vasitəsilə qanunsuz olaraq, Avropaya daxil olmaq niyyətində olan hər bir mühacir həbs edilərək, Türkiyəyə deportasiya olunacaqdır.
Avropa Birliyi iddia edir ki, yeni razılaşmanın maddələrinə əsasən, dənizdə tutulacaq və Türkiyəyə qaytarılacaq hər bir suriyalı mühacirin müqaiblində Yunanıstan quru sərhədlərindən bir mühaciri qəbul edəcək və bu, Aralıq dənizində insan qaçaqçılarının iş bazarını kasad edəcək bir əməldir.
Türkiyə bundan öncə Avropa Birliyi ilə razılaşma qarşılığında altı milyard avro maliyyə yardımı və özünün bu birliyə üzvlüyünün sürəltəndirilməsini istəmişdi, amma avropalılar Türkiyənin Avropa Birliyinə üzvlük üçün mühacirlər amilindən istifadə etməsini kəskin tərzdə rədd etdilər.