Mart 20, 2016 13:48 Asia/Baku
  • Davudoğlu: Suriyanın bölünməməsi barədə İranla eyni əqidədəyik
    Davudoğlu: Suriyanın bölünməməsi barədə İranla eyni əqidədəyik

Türkiyənin baş naziri deyib k, Türkiyə və İran Suriyanın bölünməməsi barədə eyni əqidədədirlər və İran İsrail rejimi qarşısında güclü bir Suriya tərəfdarıdır.

IRNA-nın məlumatına görə, Əhməd Davudoğlu şənbə günü Brüsseldən geri dönərkən müxbirlərlə müsahibədə özünün ötənaykı Tehran səfərinə toxunaraq, deyib: Tehran səfərində iranlı rəsmilərlə eyni əqidədə olduğumuz ən mühüm məsələ, müttəfiq bir dövlət kimi Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılması idi və İran İsrail rejimi qarşısında güclü bir Suriya tərəfdarıdır.

O, Suriyanın şərqindəki bəzi kürd qruplar tərəfindən federal quruluşun elan olunmasına toxunaraq, deyib: Bu qruplar onlarla eyni fikirli olmayan kürdləri öz torpaqlarından çıxarıblar və bu gün də hazırkı durumu qəbul etdirmək ardıncadırlar, lakin bu məsələ qəbuledilməzdir.

Qeyd edək ki, Türkiyənin yüksək vəzifəli rəsmiləri dəfələrlə Suriyada federal quruluşun elan edilməsilə müxalifət edib və onu qəbuledilməz adlandırıblar.

Teqlər