Rusiya: Moskva-Vaşinqton əlaqələri heç vaxt yaxşılaşmayacaq
-
Rusiya: Moskva-Vaşinqton əlaqələri heç vaxt yaxşılaşmayacaq
Mariya Zaxarova: Rusiya və Amerika əlaqələri heç vaxt keçmişdəki qədər yaxşı olmayacaq.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bazar günü "Rusiya 1" telekanalı ilə müsahibədə Qərb rəsmilərinin "Rusiya Qərb ilə malik olduğu keçmiş əlaqələrə ümidvar olmamalıdır" kimi açıqlamalarına reaksiya olaraq deyib: Rusiya heç vaxt Amerika və Qərbə digər ölkələrə qarşı hərbi əməliyyatlar aparmaq icazəsi verməyəcək.
M.Zaxarova deyib: Rusiya Amerikaya keçmişdəki kimi Qərb ölkələrinin başında duraraq, digər ölkələrin daxili işlərinə müdaxilə və Qərbə geosiyasi dəyişiklik imkanı verə biləcək qətnamələr qəbul etmək icazəsini verməyəcək.
Rusiya XİN sözçüsü ABŞ-ın beynəlxalq əhəmiyyətli məsələlərlə bağlı yürütdüyü siyasətləri tənqid edərək, deyib: Vaşinqton Əfqanıstandakı hərbi əməliyyatları zamanı, bu əməliyyatlarla bağlı bir dəfə də olsun BMT Təhlükəsizlik Şurasına hesabat verməyib.
Rusiyanın Qərb ölkələri xüsusi ilə də Amerika ilə əlaqələri ötən 2 ildə Ukrayna olaylarına görə artan gərginliyin şahidi olub. Vaşinqton öz qərbli müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı bir sıra siyasi, iqtisadi və maliyyə sanksiyaları tətbiq etməklə bir sıra tanınmış rus siyasətçi və iş adamının adını qara siyahıya daxil edib.