Mart 29, 2016 10:10 Asia/Baku
  • Yunanıstanda etirazçı mühacirlərin aksiyası
    Yunanıstanda etirazçı mühacirlərin aksiyası

Yunanıstanda yerləşmiş mühacirlər öz şəraitlərinə etiraz olaraq, aksiya keçiriblər.

Fransız Le-Fiqaro(Le Figaro) qəzetinin internet saytının yazdığına görə, yüzlərlə etirazçı mühacir bazar ertəsi günü Yunanıstandakı Lesbos adasında yerləşən Moria məskunlaşma mərkəzində aksiya keçirərək, onların barəsində insan haqlarına riayət edilməsini istəyib.

Bu mühacirlər "Azadlıq!", "İnsan haqları haradadır?" kimi şüarlar verərək, özlərinin naməlum vəziyyət və şəraitlərinə etiraz ediblər.

Avropa Birliyinin Türkiyə ilə razılaşmasına əsasən, martın iyirmisindən bəri Yunanıstandakı məskunlaşma mərkəzlərinə daxil olmuş mühacirlər daha Avropaya girə bilməzlər.

"Dünya həkimləri" qeyri-hökumət orqanından olan İlektra Koutsoumani deyib ki, bu mühacirlər həbs olunmuş şəxslərin şəraitinə düşüblər və bu durum onların nigarançılıqları və başlarını itirmələrinə səbəb olub.

Avropa ikinci dünya müharibəsindən bəri mühacirlərin misli görünməmiş girişləri ilə üzləşib və həmin məsələ avropalı ölkələri daha sərt tədbirlər görməyə vadar edibdir.

Bu mühacirlərin əksəriyyətini suriyalılar təşkil edirlər.

Teqlər