Yaponlar yeni təhlükəsizlik qanunu ilə müxalifət etdilər
Tokionun hərbi siyasətlərinə ciddi dəyişiklik edən yeni təhlükəsizlik qanunu Yaponiya xalqının müxalifəti ilə üzləşib.
Yaponiyada çıxan "Yomiyori" qəzetinin yazdığına görə, yeni təhlükəsizlik qanunu ilə bağlı aparılan rəy sorğusunun nəticələrinə əsasən əhalinin 47%-i öz müxalifətini elan edib.
Bu rəy sorğusuna əsasən respondentlərin yalnız 38%-i yeni təhlükəsizlik qanunun dəstəkləyib.
Yaponiyanın tanınmış medialarından biri də oxşar rəy sorğusu həyata keçirib. Bu rəy sorğusuna görə isə yaponların 43%-i yeni təhlükəsizlik qanunun dəstəkləyib. Respondentlərin yalnız 35%-i bu qanuna yenidən baxılmasını istəyib.
Bu rəy sorğularının nəticələri yeni qanunun qüvvəyə minməsi ilə bir vaxtda elan edilib.
Yaponiyanın 2016-cı il üçün dövlət büdcəsində hərbi-müdafiə xərcləri üçün 44 milyard dollar vəsait nəzərdə tutulub. Bu isə Yaponiya tarixində misilsiz hadisədir.
Yaponiyanın baş naziri Şinzo Abe büdcə layihəsinin təsdiq edilməsindən sonra jurnalistlərə deyib: Təklikdə heç bir ölkənin özünü müdafiə etməyə qadir olmadığı bir dünyada yeni təhlükəsizlik qanunu müharibələri önləyə bilər.