Rusiya: İranın raket sınaqları tamamilə qanunidir
https://azeri.sahartv.ir/news/dünya-i213049-rusiya_İranın_raket_sınaqları_tamamilə_qanunidir
Rusiya Xarici İşlər Nazirliyinin silahlanmaya nəzarət idarəsinin rəisi İranın raket sınaqlarının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 30, 2016 15:54 Asia/Baku
  • 
Rusiya: İranın raket sınaqları tamamilə qanunidir
    Rusiya: İranın raket sınaqları tamamilə qanunidir

Rusiya Xarici İşlər Nazirliyinin silahlanmaya nəzarət idarəsinin rəisi İranın raket sınaqlarının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olduğunu bildirib.

İnter Faks bildirir ki, Mixail Ulyanov İranın raket sınaqları ilə bağlı məsələni araşdırmaq üçün Təhlükəsizlik Şurasının fövqəladə iclasının təşkil edilməsi ilə bağlı ABŞ, Fransa, İngiltərə və Almaniyanın irəli sürdükləri təklifə reaksiya olaraq çərşənbə günü deyib: İranın raket sınaqları Təhlükəsizlik Şurasının qətnaməsini pozmur.

Ulyanov əlavə edib: BMT TŞ-nin qətnaməsi İran üçün raket sınaqlarının aparılmasını qadağan etməyib.

Amerika, Fransa, İngiltərə və Almaniya çərşənbə günü müştərək bir məktubda iddia ediblər ki, İranın raket sınaqları Təhlükəsizlik Şurasının qətnaməsinə ziddir və buna görə də TŞ bu məsələ ilə bağlı iclas təşkil etməlidir

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah "Vilayət İqtidarı" adlı manevrdə bir neçə uzaq mən zilli ballistik raketi sınaqdan keçirib.

İran dəfələrlə elan edib ki, raket proqramının genişləndirilməsi məsələsi müzakirə mövzusu ola bilməz və İran bu xüsusda hansısa məhdudiyyət də qəbul etmir.