Lavrov və Kerri Qarabağda hərbi qarşıdurmaların dayandırılmasını vurğulayıblar
-
Lavrov və Kerri Qarabağda hərbi qarşıdurmaların dayandırılmasını vurğulayıblar
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri telefon söhbətində Qarabağda hərbi qarşıdurmaların dərhal dayandırılmasının vacibliyini vurğulayıblar.
İRNA-nın məlumatına görə, Amerika tərəfinin təşəbbüsü ilə baş tutan bu telefon söhbətində Rusiya xarici işlər naziri və ABŞ dövlət katibi Qarabağ və Suriyadakı vəziyyət barəsində fikir mübadiləsi aparıblar.
Lavrov və Kerri Qarabağda baş verən qarşıdurmalar, son günlərdə iki tərəf və yerli sakinlərdən onlarla nəfərin həlak olması və yaralanması barəsində danışıqlar aparıblar.
ABŞ və Rusiya tərəfləri bu vəziyyətdən nigaranlıq edib və münaqişə tərəflərini hərbi qarşıdurmanı dərhal dayandırmağa və atəşkəsə riayət etməyə çağırıblar.
Lavrov və Kerri həmçinin Suriya böhranının həlli barəsində fikir mübadiləsi apararaq İŞİD, əl-Nüsrə Cəbhəsi terror qruplaşmalarına qarşı müştərək səylərin davam etdirilməsini vuğrulayıblar.
İki tərəf həmçinin Suriyada atəşkəsin gücləndirilməsi, Suriya müzakirələrinin BMT-nin nəzarəti altında davam etdirilməsi və bu böhranın siyasi yolla həlli yollarının müəyyənləşdirilməsi üzərində danışıqlar aparıb.