Bəşşar Əsədin gələcəyi barədə Rusiyanın ABŞ-la anlaşması xəbəri təkzib olundu
Apr 05, 2016 08:53 Asia/Baku
-
Bəşşar Əsədin gələcəyi barədə Rusiyanın ABŞ-la anlaşması xəbəri təkzib olundu
Rusiya xarici işlər nazirinin müavini bildirib: Moskva Suriya prezidenti Bəşşar Əsədin taleyi barəsində Vaşinqtonla heç bir anlaşma etməyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Rusiya xarici işlər nazirini müavini Sergey Ryabkov deyib: Rusiya və ABŞ heç vaxt Bəşşar Əsədin gələcəyi barədə anlaşma etməyiblər.
Ryabkovun sözlərinə görə, bu məsələdə heç bir vəchlə anlaşma olmayıb. Çünki bu məsələ Rusiyanın xarici siyasətinin prioriteti ilə ziddiyyətdədir, üstəlik bu məsələ Suriya böhranının danışıqlar yolu ilə həll olunması üzrə bütün perspektivləri məhv edir.
Teqlər