Sergey Lavrov: "Biz, əslində, Dağlıq Qarabağ məsələsində razılaşmaya çox yaxınıq"
https://azeri.sahartv.ir/news/dünya-i214069-sergey_lavrov_biz_əslində_dağlıq_qarabağ_məsələsində_razılaşmaya_çox_yaxınıq
Sergey Lavrov: "Biz, əslində, Dağlıq Qarabağ məsələsində razılaşmaya çox yaxınıq".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2016 09:48 Asia/Baku
  • Sergey Lavrov:
    Sergey Lavrov: "Biz, əslində, Dağlıq Qarabağ məsələsində razılaşmaya çox yaxınıq"

Sergey Lavrov: "Biz, əslində, Dağlıq Qarabağ məsələsində razılaşmaya çox yaxınıq".

"Razılaşmanın bütün komponentləri masa üzrərindədir. Biz, əslində, Dağlıq Qarabağ məsələsində razılaşmaya çox yaxınıq. Dünən Bakıda apardığım görüşlər və sabah Ermənistandakı görüşlərimiz də bizim səylərimizin göstəricisidir".

APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda keçirilən görüşündən sonrakı mətbuat konfransında deyib.

Lavrov bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində qərb ölkələrinə nisbətən daha çox maraqlıdır.

"Regionun tranzit strukturu pozulub. İtkilər baş verir. Hər gün snayperlər cəbhənin o biri tərəfindəki snayperlə üz-üzə dayanırlar. Bu hadisələrin baş verməməsi üçün tədbirlər görülməlidir. Siyasi həll üçün səylər vacibdir".