Rusiyaya geri dönən Medvedev Qarabağla bağlı şok açıqlama verdi
https://azeri.sahartv.ir/news/dünya-i214489-rusiyaya_geri_dönən_medvedev_qarabağla_bağlı_şok_açıqlama_verdi
Rusiyaya geri dönən Medvedev Qarabağla bağlı şok açıqlama verdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2016 07:57 Asia/Baku
  • Rusiyaya geri dönən Medvedev Qarabağla bağlı şok açıqlama verdi
    Rusiyaya geri dönən Medvedev Qarabağla bağlı şok açıqlama verdi

Rusiyaya geri dönən Medvedev Qarabağla bağlı şok açıqlama verdi.

FaktXəbər-in məlumatına görə, Rusiyanın baş naziri Dmitri Medvedev “Vesti v subbotu” verlişində bildirib ki, artıq Dağlıq Qarabağın münaqişə zonasındakı hərbçilərin bütün hərəkətləri peyk və digər kontrol vasitələrimizin köməyi ilə diqqətlə izlənilir, buna görə, nəyinsə gizlədilməsi və münaqişə tərəflərinin yalan məlumat vermələri mümkün olmayacaq.

Onun sözlərində görə, gec ya tez həqiqət üzə çıxacaq.

Medvedev bunu da qeyd edib ki, Rusiyanın əsas hədəfi, münaqişə tərəflərinin sakitləşdirilməsi və atəşkəsin bərpası olub.

Dmitri Medvedev bildirib ki, hər kəs münaqişənin həllini, vəziyyətin dəyişməsini istəyir: “Burada da bir çox siyasətçilər haqlı olaraq gələcək nəsillər qarşısında öz məsuliyyətlərini anlayırlar. Yəni ki, gələcək nəslə dondurulmuş deyil, həll olunmuş münaqişə ötürmək lazımdır. Problem odur ki, münaqişənin istənilən həlli bir tərəfi qane edəcək, digər tərəfi isə narazı salacaq. Əgər münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq, yəni onu tez bir zamanda həll etmək qərarından imtina etmək və münaqişənin həlli yolunda verilən insan itkiləri arasında seçim etməli olsam, mən yenə də ikincini seçərəm. Yaxşısı budur vəziyyət belə qalsın, amma qan tökülməsin”.