Rusiya: Rusiya-Türkiyə əlaqələrinin yaxşılaşması üçün şərait əlverişli deyil
https://azeri.sahartv.ir/news/dünya-i214882-rusiya_rusiya_türkiyə_əlaqələrinin_yaxşılaşması_üçün_şərait_əlverişli_deyil
Rusiya Xarici İşlər Nazirliyi bir bəyanatda bildirib ki, Rusiya-Türkiyə əlaqələrinin adiləşdirilməsi üçün şərait əlverişli deyil və belə bir imkan araşdırılmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2016 05:10 Asia/Baku
  • Rusiya: Rusiya-Türkiyə əlaqələrinin yaxşılaşması üçün şərait əlverişli deyil
    Rusiya: Rusiya-Türkiyə əlaqələrinin yaxşılaşması üçün şərait əlverişli deyil

Rusiya Xarici İşlər Nazirliyi bir bəyanatda bildirib ki, Rusiya-Türkiyə əlaqələrinin adiləşdirilməsi üçün şərait əlverişli deyil və belə bir imkan araşdırılmayacaq.

IRNA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi öz bəyanatında ölkəsinin Rusiya ilə əlaqələri yaxşılaşdırmaq üzrə addımlarına toxunan Türkiyə xarici işlər nazirinin sözlərinə işarə edərək, qeyd edib ki, Rusiya-Türkiyə əlaqələrinin yaxşılaşması və adiləşdirilməsi üçün şərait yaranmayıbdır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin Haber telekanalı ilə müsahibədə rus hərbi təyyarəsinin Türkiyə qırıcısı tərəfindən vurulmasına işarə edərək, deyib ki, Ankara Moskva ilə əlaqələrin yaxşılaşdırılması istiqamətində addımlar atıbdır.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: Türkiyənin xarici işlər naziri bir daha bu hadisənin reallığını təhrif edib və hazırkı şəraitdə Rusiyanın Türkiyə ilə əlaqələrinin yaxşılaşdırılması məsələsəni qaldırmaq üçün heç bir şərait mövcud deyildir.

Türkiyə 2015-ci il noyabrın 24-də Suriya hava məkanında terror qruplarına qarşı əməliyyat keçirməkdə olan Rusiyanın bir qırıcı-bombardmançı təyyarəsini hədəfə alaraq, vurdu.

Türkiyənin Rusiyanın hərbi təyyarəsinə hücumu iki ölkə əlaqələrinin kəskinləşməsinə bais oldu.

Moskva Ankaranın rəsmən üzr istəməsi və rus təyyarəsini vurduğuna görə, Türkiyə tərəfindən kompensasiyanın ödənilməsinə israr edir.