Apr 19, 2016 13:21 Asia/Baku
  • BAT-ın Yunanıstanda insan faciəsi haqda xəbərdarlığı
    BAT-ın Yunanıstanda insan faciəsi haqda xəbərdarlığı

Beynəlxalq Amnistiya Təşkilatı Balkan istiqamətinin bağlanması nəticəsində Yunanıstandakı mühacirlərin ağır və təhqiramiz şəraitinə əsasən, bir insan faciəsinin baş verməsi barədə xəbərdarlıq edib.

Təsnim xəbər agentliyinin "Tages Şpigel" adlı alman qəzetə istinadlı məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı bazar ertəsi günü avropalı ölkələrdən istəyibdir ki, Yunanıstanda problemlə üzləşmiş təqribən 46 min mühacirin taleyinə önəm versinlər.

Beynəlxalq Amnistiya Təşkilatı xəbər veribdir ki, Balkan istiqamətinin bağlanmasından bəri Yunanıstandakı mühacirlər təhqiramiz surətdə çətinliyə düşüblər.

Beynəlxalq Amnistiya Təşkilatının işçilərindən biri bu haqda bildirib ki, Balkan istiqamətinin bağlanması barədə qərar təqribən 46 min mühaciri həmişəlik əmin-amansızlıq və qorxu şəraitində qoyubdur. Deyilənlərə görə, Avropa Birliyinə üzv ölkələrin bu üsulu ilə təkcə mühacirlər böhranı güclənəcək.

Beynəlxalq Amnistiya Təşkilatı sonda təkrar edir ki, əgər avropalılar mühacirlərin məskunlaşmalarına qəti yardım etməzlərsə, bir insan faciəsinin baş verməsi xətəri yarana bilər.

Teqlər