Nyu-Yorkda keçirilən hazırlıq seçkilərində on minlərlə səs ləğv edildi
https://azeri.sahartv.ir/news/dünya-i215761-nyu_yorkda_keçirilən_hazırlıq_seçkilərində_on_minlərlə_səs_ləğv_edildi
Nyu-Yorkda hazırlıq seçkilərinin keçirilməsində sərgilənən bacarıqsızlq və seçicilərin etirazlarını nəzərə alaraq, Demokrat partiyasının tərəfdarlarından olan on minlərlə seçicinin rəyi ləğv edilib. Nyu-York meri bu barədə araşdırmalara başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2016 07:21 Asia/Baku
  • Nyu-Yorkda keçirilən hazırlıq seçkilərində on minlərlə səs ləğv edildi
    Nyu-Yorkda keçirilən hazırlıq seçkilərində on minlərlə səs ləğv edildi

Nyu-Yorkda hazırlıq seçkilərinin keçirilməsində sərgilənən bacarıqsızlq və seçicilərin etirazlarını nəzərə alaraq, Demokrat partiyasının tərəfdarlarından olan on minlərlə seçicinin rəyi ləğv edilib. Nyu-York meri bu barədə araşdırmalara başlayıb.

İRNA-nın verdiyi məlumata görə, Nyu-York meri Bil De Blazyo çərşənbə axşamı seçicilərin səsvermənin keçirilməsi qaydalarına ciddi etirazlarını nəzərə alaraq, bu barədə araşdırmaların aparılması üçün göstəriş verib. Seçicilər səslərin toplanılması qaydalarında ciddi nöqsanların olmasına və on minlərlə səsin hesaba alınmamasına etiraz ediblər.

WNYC telekanalı 60000 seçicinin rəyinin heç bir səbəb olmadan ləğv olunmasından xəbər verib.

Kifayət qədər səs qutusunun olmaması, səsvermənin ilk saatlarında səslərin toplanılması üçün lazımi şəraitin olmaması və texniki nöqsanlar seçicilərin səsvermədə iştirakdan imtina etməsinə səbəb olub.

Nyu-York meri ştat əhalisinin 2012-ci il ilə müqaisədə etirazlarının xeyli artdığını etiraf edərək, seçkilərdə hədsiz sayda qüsura yol verildiyi barədə məlumatların daxil olduğunu bildirib.