Ukraynanın şərqində 3 hərbçi həlak olub
-
Ukraynanın şərqində 3 hərbçi həlak olub
Ukrayna dövlət qüvvələri ilə müxaliflər arasında şərqdə baş verən qarşıdurmada 3 ukraynalı hərbçi həlak olub.
İRİB-in məlumatına görə, Ukrayna ordusunun sözçüsü Andre Lısenko mətbuat konfransında deyib: Ötən sutka ərzində şərqdə baş verən qarşıdurmada 3 ukraynalı hərbçi həlak olub, 5 nəfər də yaralanıb.
Lısenkonun sözlərinə görə, həmin 3 hərbçi müxalif qüvvələrin əsas bazalarından biri Donetskin şimalında Mayorsk bölgəsi yaxınlığında minaatan mərmisinin düşməsi nəticəsində həlak olub.
Lısenko müxalifləri Ukrayna silahlı qüvvələrinə qarşı ağır artilleriyadan istifadə etmək və Minsk Sülh Anlaşmasını pozmaqda suçlayıb.
ATƏT bildirib: Ukraynanın şərq bölgələrində qarşıdurmalar son günlər artıb və bu təşkilatın qüvvələri Ukraynanın şərqində ciddi təhdidlərlə üzləşiblər.