Klinton: Trump və Kruzun strategiyası ABŞ üçün çox təhlükəlidir
-
Klinton: Trump və Kruzun strategiyası ABŞ üçün çox təhlükəlidir
ABŞ-ın Demokratlar partiyasının namizədi Amerikada irqçilik məsələsinə toxunaraq deyib: Amerika vətəndaşlarının həyatı çox ağırdır.
Hillari Klinton deyib: Donald Trump və Ted Kruz Amerika üçün çox təhlükəli olan ixtilaf yaradan strategiyanı izləyirlər.
ABŞ-ın Demokratlar partiyasının namizədi Hillari Klinton Nyu-Yorkda tərəfdarlarının qarşısında deyib: Bir çox Amerika vətəndaşı çox ağır şəraitdə yaşayır. Böyük böhran Amerikda çoxlu iş yerlərinin bağlanmasına səbəb olmuşdur və Amerika vətəndaşlarının çoxu bu böhranın mənfi nəticələrindən hələ də xilas ola bilməmişlər.
Klintonun sözlərinə görə, Amerikada irqi ayrı-seçkiliklə qanuni şəkildə mübarizə aparmalıyıq və rəngli dərili ictimaiyyətlərdə investisiyalar yatırmalıyıq.
O əlavə edib: Onlar milyonlarla miqrantın Amerikadan çıxarılması və hər bir müsəlmanın Amerikaya daxil olmasının vacibliyini vurğulayırlar. Onlar Amerika müsəlmanları ilə cinayətkar kimi davranmaq qənaətindədirlər.
Demokratlar partiyasının digər namizədi Berni Sanders də deyib: Nyu-Yorkun Broklin bölgəsində on minlərlə insanın adının seçicilər siyahısından silinməsi tamamilə gülünc və məntiqsizdir. Nyu-York ştatının şimal bölgələrində səsvermə mərkəzlərinin saat 12:00-da açılması dəlicəsinə hərəkətdir.