Ukrayna təhlükəsizlik xidməti Rusiyanı suçladı
https://azeri.sahartv.ir/news/dünya-i216124-ukrayna_təhlükəsizlik_xidməti_rusiyanı_suçladı
Ukraynanın təhlükəsizlik xidməti bu ölkə vətəndaşının Rusiyada saxlanılmasını qeyri-qanuni adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 24, 2016 07:19 Asia/Baku
  • Ukrayna təhlükəsizlik xidməti Rusiyanı suçladı
    Ukrayna təhlükəsizlik xidməti Rusiyanı suçladı

Ukraynanın təhlükəsizlik xidməti bu ölkə vətəndaşının Rusiyada saxlanılmasını qeyri-qanuni adlandırıb.

İnterFax İnformasiya Agentliyinin məlumatına görə, Ukrayna təhlükəsizlik xidməti Rusiyanın 12 ukraynalını həbs etdiyinə toxunaraq, bu hərəkəti qeyri-qanuni adlandırıb.

Ukrayna təhlükəsizlik xidməti məhbusların mübadiləsi üçün addımların atıldığına toxunaraq əlavə edib: Bu addımlar ATƏT-in nəzarəti ilə atılır.

Ukrayna təhlükəsizlik xidməti həmçinin Donetsk və Luqanskdakı müxalifləri məhbusların mübadiləsi proqramını pozmaqda suçlayıb.

Ukrayna təhlükəsizlik xidməti bildirib: Donetsk və Luqanskda 110 Ukrayna vətəndaşı qeyri-qanuni şəkildə həbs olunub.

Ukrayna ordusunun mətbuat xidməti Donbasda atəşkəsin pozulmasında müxalifləri ittiham edərək bildirib: Müxaliflər ordunun mövqelərini 19 dəfə atəşə tutublar.