Lavrov: Ankara-Moskva əlaqələri üçün gələcək görmürəm
https://azeri.sahartv.ir/news/dünya-i216400-lavrov_ankara_moskva_əlaqələri_üçün_gələcək_görmürəm
Rusiya xarici işlər naziri: Türkiyənin son siyasətləri bu ölkə ilə əlaqələr üçün münasib perspektivi yaratmır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2016 04:40 Asia/Baku
  • Lavrov: Ankara-Moskva əlaqələri üçün gələcək görmürəm
    Lavrov: Ankara-Moskva əlaqələri üçün gələcək görmürəm

Rusiya xarici işlər naziri: Türkiyənin son siyasətləri bu ölkə ilə əlaqələr üçün münasib perspektivi yaratmır.

Röytersin məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib: Türkiyənin son bir neçə ayda Moskva əleyhinə siyasətlərini nəzərə aldıqda türklərlə yaxın gələcəkdə yenidən dinc əlaqələri qurmağın mümkün olduğu müşahidə olunmur.

Rusiyanın Su 24 qırıcı təyyarəsinin Suriya hava zolağında Türkiyə tərəfindən vurulması Ankara-Moskva əlaqələrinin gərginləşməsi ilə nəticələnib.

Türkiyə hadisə ardınca Rusiyanın Türkiyənin hava zolağını pozduğunu bildirib. Lakin Rusiya bu iddianı təkzib edib və bildirib ki, Rusiya qırıcı təyyarəsi Türkiyənin 1 km sərhədində Suriya ərazisində vurulub.

Moskva bu hadisə ardınca Ankara əleyhinə iqtisadi embarqolar tətbiq edib. Ankara dəfələrlə birbaşa və dolayısı ilə Rusiyada öz bazarlarını qorumaq üçün Moskva ilə dil tapmağa çalışıb.