Tramp: Amerikanın xarici siyasəti müsibətlidir
https://azeri.sahartv.ir/news/dünya-i216508-tramp_amerikanın_xarici_siyasəti_müsibətlidir
Donald Tramp deyir ki, Amerikanın iqtisadiyyatı və ordusu zəifləyib və bu ölkənin düşmənləri daha nə Vaşinqtondan qorxurlar, nə də ki, onu ciddi sayırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2016 05:34 Asia/Baku
  • Donald Tramp
    Donald Tramp

Donald Tramp deyir ki, Amerikanın iqtisadiyyatı və ordusu zəifləyib və bu ölkənin düşmənləri daha nə Vaşinqtondan qorxurlar, nə də ki, onu ciddi sayırlar.

Respublikaçı milyarder Donald Tramp Amerika prezidenti kürsüsünə yiyələnmək üzrə təbliğatlarının davamında dəfələrlə təkrar edibdir ki, soyuq müharibədən sonra, xüsusən Obamanın Amerikanın prezidenti, Hillari Klintonun da dövlət katibi olduğü dövrdə bu ölkənin xarici siyasəti əsl bir faciə olubdur.

Respublikaçıların namizədi çıxışının bir hissəsində deyib ki, Obama özünün xarici siyasətində məntiqi, ağılsızlıqla əvəz etdi.

Tramp deyib: Biz hazırda Asiya və Avropadakı müttəfiqlərimiz üçün təhlükəsizlik yaratmaqdan ötrü bir neçə trilyon dollar xərcləmişik, lakin onlar xərclərin daha çox hissəsini ödəməlidirlər.

Tramp öncə Obamanı "düşmən qarşısında baş əymək"də ittiham edib və deyib ki, Obama İsrail rejiminin dostu deyildi, amma İranın yoldaşı oldu.

Respublikaçı siyasətçi Amerikanın "hörmətsiz" olması nümunələrinə və bir neçə gün bundan öncəki Ərriyad hadisələrinə işarə edib: Kral Salmanın bütün ölkələrin və ərəb adalarının rəhbərlərini qarşılamaq üçün hava limanına gəldiyi bir halda, Obama Ərriyad icra hakimi tərəfindən qarşılandı.

Tramp deyib: Obamaya heç bir hörmət etmədilər, bu, bizim şərəfli xarici siyasət tariximizdə misli görünməmiş bir hadisə idi.

Tramp Amerikanın Rusiya və Çinlə olan anlaşmalarına qarşı da çıxıbdır. O, deyibdir ki, ruslarla müzakirə edərək, ən yaxşı razılaşmanı əldə edəcək.

Donald Tramp Çin barədə isə belə deyib: Çinlilər qüdrətə hörmət edirlər, amma bizim onlara iqtisadi cəhətdən bizi keçmələrinə icazə verdiyimiz indiki halda öz hörmətimizi itirmişik.