Ankarada 4 İŞİD üzvü həbs olunub
May 01, 2016 09:16 Asia/Baku
-
Ankarada 4 İŞİD üzvü həbs olunub
Türkiyə polisi Ankarada dörd İŞİD üzvünü həbs edib.
Türkiyənin TRT telekanalının məlumatına görə, bir müddət bundan öncə Türkiyə polisinin terrorizmlə mübarizə idarəsinin qüvvələri tərəfindən təqib edilən dörd İŞİD üzvü şənbə günü bu qüvvələrin onların iqamətgahlarına qarşı hücumunda həbs olunub.
Bu məlumata görə, həmin dörd İŞİD üzvü bir may münasibətilə keçirilməli olan toplanışlara qarşı terror hücumuna hazırlaşırmış.
Qeyd edək ki, Türkiyədə dörd İŞİD üzvünün həbs olunması elə bir haldadır ki, İŞİD son illərdə Amerika, Türkiyə, Qərb və bəzi ərəb ölkələrinin maliyyə və hərbi dəstəklərilə region ölkələrində, xüsusən İraq və Suriyada bir çox cinayətlər törədibdir.