İndiyana ştatında Klinton Sanderzə məğlub olub
https://azeri.sahartv.ir/news/dünya-i217123-İndiyana_ştatında_klinton_sanderzə_məğlub_olub
Demokratların prezidentliyə ikinci namizədi İndiyana ştatında partiya daxili seçkilərdə, birinci namizəd Hillari Klintonu arxada qoydu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 04, 2016 08:38 Asia/Baku
  • İndiyana ştatında Klinton Sanderzə məğlub olub
    İndiyana ştatında Klinton Sanderzə məğlub olub

Demokratların prezidentliyə ikinci namizədi İndiyana ştatında partiya daxili seçkilərdə, birinci namizəd Hillari Klintonu arxada qoydu.

FransPress-in Vaşinqtondan verdiyi məlumata görə, senator Berni Senderz dünən ilkin səslərin oxunuşundan sonra Klintondan geridə qalmışdı ancaq İndiyana ştatına qəfil qayıdışla ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonu məğlub etdi.

Özünü sosial demokrat hesab edən Senderz səslərin 53.2 faizini qazana bilib.

Buna baxmayaraq nümayəndələrin səsi baxımından Klinton hələ çox irəlidədir, Senderzin bu qələbəsi sadəcə demokratların ştatlardakı rəqabətini qızışdıracaq.

Respublikaçıların partiya daxili seçkilərinin namizədi Ted Kuruz isə dünən rəqabətlərdən kənar çəkildiyini bildirib və beləliklə respublikaçıların digər namizədi Donald Trampın yekun namizəd kimi təqdim olunmasına yol açıb.

Amerikanın NBC telekanalının həyata keçirdiyi rəy rorğularının nəticələrinə görə respublikaçıların 56 faizi prezident seçkilərinə Trampın namizədliyini dəstəkləyir. Elə həmin rəy sorğusunun nəticələri göstərir ki, respublikaçı və demokratlar daxil, Amerikada səs vermək hüququna malik olanların 67 faizi Trampın prezident səviyyəsində bir şəxsiyyətə malik olmadığı qənaətindədir.

ABŞ-da prezident seçkiləri 2016-cı il noyabr ayında keçiriləcək.