Çurkin: Qərb terrorçuları kimyəvi silahlarla təmin edir
https://azeri.sahartv.ir/news/dünya-i217183-Çurkin_qərb_terrorçuları_kimyəvi_silahlarla_təmin_edir
Terrorçular zəhərli kimyəvi maddələrdən istifadə edərək, kimyəvi silahlar istehsal etmək bacarığına yiyələniblər!?
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2016 05:42 Asia/Baku
  • Vitali Çurkin
    Vitali Çurkin

Terrorçular zəhərli kimyəvi maddələrdən istifadə edərək, kimyəvi silahlar istehsal etmək bacarığına yiyələniblər!?

Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin Qərb dövlətlərinin Rusiya və Çin tərəfindən hazırlanmış və terrorçuların kimyəvi silahlar istehsal və istifadə etmələrinə mane olacaq sənədin Təhlükəsizlik Şurasında təsdiq edilməsinə mane olmalarından xəbər verib. Bu barədə Sputnik məlumat verib.

V.Çurkin əlavə edib: Terrorçuların zahirdə kimyəvi silah istehsal etmək bacarığına yiyələnməsi məsələsi Rusiyanı nigaran edir.

V.Çurkin həmçinin deyib: Çox utandırıcı haldır ki, terrorçuların Suriyada kimyəvi silahlardan istifadə etməsini önləmək üçün bütün vasitələrdən istifadə edilməli olduğu halda, BMT TŞ-nin bəzi üzvləri müxtəlif bəhanələrlə Rusiya və Çin tərəfindən təklif edilən sənədin təsdiq edilməsinə mane olmağa çalışırlar.