Donald Tramp; Respublikaçıların favoriti
-
Donald Tramp; Respublikaçıların favoriti
Qalup rəy sorğusu mərkəzi tərəfindən həyata keçirilən araşdırmalara görə, Respublikaçıların namizədi olan Donald Trampın reytinqi xeyli yüksəlib.
20-27 aprel aralığında keçirilən və nəticələri 2 may tarixində yayımlanan rəy sorğusuna görə, Donald Trampın reytinqi artıb və Respublikaçıların 59%-i Trampı özlərinin favoriti hesab edirlər.
1002 nəfərin iştirak etdiyi bu rəy sorğusuna görə, nə respublikaçı, nə də demokrat olmayan respondentlərin 29%-i Donald Trampı, 25%-i isə Tedd Kruzu seçəcəyini bildirib.
Bu rəy sorğusunun nəticələrinin elan edilməsinin ardınca Tedd Kruzun öz namizədliyini geir götürməsi və seçkilər prosesindən kənara çəkilməsi, rəy sorğusunun nəticələrinin nə qədər önəmli olduğuna dəlalət edir.
Tedd Kruz seçkilərdən kənara çəkildiyini elan edərək, namizədliyini geri götürməsinin səbəbini rəy sorğularında reytinqinin aşağı düşməsi elan edib.